Lukaku etiraf etdi: "Psixoloji problemlərim olub"

Lukaku etiraf etdi: "Psixoloji problemlərim olub"
Belçika millisinin və "İnter"ın hücumçusu Romelu Lukaku psixoloji problemlərdən əziyyət çəkdiyini etiraf edib. 
Fanat.Az xəbər verir ki, tvitterdə izləyicilərindən biri futbolçuya "Nə vaxtsa psixoloji probleminiz olubmu, bundan necə qurtulmusunuz?" sualını yazıb. 
Lukaku isə ona cavabında "2018-ci ildə "Mançester Yunayted"də oynadığım vaxtlarda psixoloji problemlərim olub. Bununla bağlı tezlikdə danışacağam. Tənqidlərə əhəmiyyət vermirəm. Düşünürəm ki, mənim oyunum mentalitetimi göstərir. Həmişə ən vacib matçları özümü inkişaf etdirməyə və qalib gəlməyə çalışıram", deyə yazıb. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər