İngiltərə Premyer Liqasının 21-ci turunda "Liverpul"a qarşı keçiriləcək oyunda "Çelsi"nin hücumçusu Romelu Lukaku oynamayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist David Ornşteyn öz "Twitter" səhifəsində məlumat yayıb.
Bundan əvvəl Romelu Lukaku İtaliya mətbuatına uzun müsahibə verərək, "İnter"dən ayrılmasının şərtlərindən və Tuxelin "Çelsi"dəki sxemindən narazı qalmasından danışıb.
İngiltərə Premyer Liqasının 21-ci turunun “Çelsi” – “Liverpul” matçı bu gün, Bakı vaxtı ilə saat 20:30-da Londondakı “Stemford Bric” stadionunda keçiriləcək.