"Mançester Yunayted"in müdafiəçisi Lük Şou ağır zədə alıb.
Fanat.Az "Telegraph"-a istinadən xəbər verir ki, ingilis futbolçu üçün mövsüm erkən başa çatıb.
Futbolçu fevralın 18-də Premyer Liqada "Luton Taun"la keçirilən oyunda zədələnib. Ona diz nahiyəsindən zədə diaqnozu qoyulub. Futbolçunun təxminən 3 ayı buraxacağı gözlənilir. Bu isə Şounun mövsümün qalan hissəsini buraxacağı deməkdir.
Bu mövsüm “Mançester Yunayted”də oynamayacaq 28 yaşlı müdafiəçinin hətta Almaniyada keçiriləcək AÇ-2024-ü buraxacağı da bildirilir.
Mirağa