Luis Suaresin yeni klubu bilindi

Luis Suaresin yeni klubu bilindi

Uruqvaylı ulduz forvard Luis Suaresin yeni klubu müəyyənləşib. 

Fanat.Az "The Athletic"-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu tezliklə "İnter Mayami"nin futbolçusu olacaq.

Mənbənin məlumatına görə, Suares sözügedən klubla danışıqların son mərhələsindədir. Tərəflər bir illik müqavilə ilə bağlı prinsipial razılığa gəliblər.

Qeyd edək ki, Uruqvay millisinin keçmiş üzvü hazırda dizindən aldığı zədədən əziyyət çəkir. Bu ona Braziliya "Qremio"sunun heyətində 52 matçda 24 qol vurmağa və 17 məhsuldar ötürmə verməyə mane olmayıb. “İnter Mayami” riskləri yaxşı bilir və Suaresin bütün matçlarda iştirak edə biləcəyini gözləmir.

Xatırladaq ki, Suaresin ən yaxın dostu Lionel Messi "İnter Mayami"də çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər