"Atletiko Madrid"in hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
O, madridlilərlə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 34 yaşlı uruqvaylıya iki MLS klubunun təklif göndərdiyini bildirib.
Onlardan birinin "İnter Mayami" olduğu bəllidirsə, digərinin adı açıqlanmayıb.