"Atletiko Madrid" hücumçusu Luis Suareslə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, La Liqa təmsilçisi 34 yaşlı futbolçu ilə müqaviləni yeniləmək fikrindədir. Yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci ildən "Atletiko Madrid"də çıxış edən uruqvaylı forvard 32 oyunda forma geyinib və 21 dəfə fərqlənib.
Röya