35 yaşlı cinah oyunçusu Nani Avstraliyanın "Melburn Victori" klubuna keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Melburn təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Kluba azad agent olaraq qoşulan portuqaliyalı ulduzun yeni komandası ilə müqaviləsinin müddəti 2022/23-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 35 yaşlı futbolçunun son iş yeri İtaliyanın "Venesiya" klubu olub.
Emin