"Mançester Yunayted”də həmyerlisi Kriştianu Ronaldu ilə oynamış Luiş Nani birgə keçirdiyi vaxtlardan danışıb.
Fanat.Az MY-nin mətbuat xidmətində istinadən xəbər verir ki, Nani yığmadakı komanda yoldaşının xarakterindən söhbət açıb:
"Ronaldu çox rəqabətsevəndi. Onun evində qalmısansa, mütləq səninlə yarışmaq istəyəcək. Evində basseyn, tennis kortu və pinq-ponq masası varıydı... Müxtəlif idman duelləri ilə yanaşı, hər dəfə mübahisələrimiz də olurdu. Sadəcə kimin düz, kimin səhv danışdığını aydınlaşdırmağa çalışırdıq. Yalnız gecələr heç nə oynamırdıq. Ya divanda oturub söhbət edirdik, ya da Kriştianu sakitcə aradan çıxır, yatmağa gedirdi”.
Fanat.Az