Lui van Qal: "Van de Bek yanlış addım atıb"

Lui van Qal: "Van de Bek yanlış addım atıb"
Niderland millisini "Barselona"ya dəyişən Lui van Qal həmyerlisi Donni van de Bekin "Ayaks"dan "Mançester Yunayted"ə transfer olunmasını yanlış addım sayır.
Fanat.Az xəbər verir ki, " Ziggo Sport" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Onun yaxşı seçim etmədiyini düşünürəm. Bunu özünə də demişəm. Pol Poqba və Bruno Fernandeş varsa, van de Bek hansı mövqedə möhkəmlənəcək? O, Poqba və Fernandeş kimi xüsusiyyətlərə malik deyil. İndi Pogbanın özü start heyətdə nadir hallarda yer alır. Belədirsə, van de Bek harda oynayacaq?
Bunları əvvəlcədən görmək lazım idi. Onun özünü yaxşı göstərə biləcəyi çox komandalar var".
Qeyd edək ki, niderlandlı oyunçu bu mövsüm Premyer Liqada 8 oyun keçirib və 1 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər