Lopeteqinin taleyi "Espanyol"un əlindədir

Lopeteqinin taleyi "Espanyol"un əlindədir

İspaniya çempionatının 5-ci turunun "Espanyol"la oyunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi üçün sonuncu ola bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Sözügedən matç şənbə günü - sentyabrın 10-da baş tutacaq. 

Mənbənin iddiasına görə, "Espanyol" məğlub olacağı təqdirdə rəhbərlik Lopeteqini qovacaq. Onun yerinə əsas namizəd Marselinodur.

"Sevilya" La Liqada 4 turdan 3-də məğlub olaraq, hazırda 17-ci pillədə qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər