Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, son oyun günündə altı matç baş tutub. “Brest” “Lans”ı darmadağın edibsə, “Anje” “Loryan”ı, “Sent-Etyen” isə “Trua”nı minimal hesabla üstələyib.
“Mets” – “Bordo” və “Strasburq” – “Reyms” qarşılaşmaları bərabərliklə bitib. Turun qapanış matçında "Olimpik Lion" “Olimpik Marsel”lə üz-üzə gəlib. Ancaq yerli azarkeşlərin qonaq futbolçulara oynamaq imkanı verməmələri üzündən görüş yarımçıq dayandırılıb.
Belə ki, matçın 3-cü dəqiqəsində Marsel təmsilçisinin futbolçusu Dmitri Payet künc zərbəsini yerinə yetirmək istəyərkən, tribunadan ona tərəf yad əşyalar atılıb. Payetin başına su qabı dəydiyinə görə, referi komandaları meydandan çıxarıb. Uzun sürən müzakirələrdən sonra oyunun davam etdirilməməsi qərara alınıb və görüş təxirə salınıb.
Fransa Liqa 1 14-cü tur 21 noyabr Brest – Lans 4:0 Qollar: Munye, 3. Şardonne, 13. Favr, 33. Le Duaron, 69. Anje – Loryan 1:0 Qol: Manqani, 68. Mets – Bordo 3:3 Qollar: De Preville, 45. Nquette, 51; 70 – Elis, 17. Udin, 39; 65. Strasburq – Reyms 1:1 Qollar: Belleqarde, 90+6 – Ekitike, 22. Trua – Sent-Etyen 0:1 Qol: Trauko, 60. Klermon – Nitsa 1:2 Qollar: Ojye, 17 – Quiri, 76; 82. Olimpik Lion – Olimpik Marsel (oyun yarımçıq dayadırılıb) 20 noyabr
PSJ – Nant 3:1 Qollar: Mabppe, 2. Appiah, 82-öz qapısına. Messi, 87 - Muani, 76. Qırmızı vərəqə: Navas, 65 (PSJ)
Renn – Monpelye 2:0
Qollar: Terre, 8, Mayer, 28.
19 noyabr Monako – Lill 2:2 Qollar: Diatta, 41. Ben Yedder, 83 – David, 5-pen; 9.