Liqa 1: "Olimpik Lion" səfərdən əliboş döndü

Liqa 1: "Olimpik Lion" səfərdən əliboş döndü

Fransa çempionatında 7-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma baş tutub.

“Strasburq” - “Klermon” dueli başladığı hesabla bitib. Səfərdə “Ayaçço” ilə qarşılaşan “Nitsa”ya bir qol bəs edib. “Tuluza” da öz meydanında “Reyms”i minimal hesabla üstələyib.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” səfərdə “Loryan”a uduzub. “Anje” evdə “Monpelye”ni, “Renn” “Oser”i, “Monako” "Olimpik Lion"u yenib.

7 tura 19 xal toplayan PSJ və “Olimpik Marsel” zirvəni bölüşürlər. 17 xalı olan “Lans” üçüncü pillədə qərarlaşıb. “Loryan” 16 xalla dördüncü, “Olimpik Lion” 13 xalla 5-cidir.

Liqa 1 

VII tur

11 sentyabr 

Strasburq – Klermon 0:0

Ayaçço – Nitsa 0:1 Qol: Delor, 65.

Anje – Monpelye 2:1 Qollar: Hunu, 9. Bufal, 69-pen. – Nordin, 7.

Loryan – Nant 3:2 Qollar: Uattara, 19. Katlin, 60. Kone, 74 – Qanaqo, 13. Simon, 85.

Tuluza – Reyms 1:0 Qol: Abuxlal, 31.

Renn – Oser 5:0 Qollar: Sulemana, 3. Quiri, 60. Terye, 68. Tait, 78. Abline, 85.

Monako – Olimpik Lion 2:1 Qollar: Badiaşile, 55. Maripan, 63 – Ekambi, 81

10 sentyabr 

PSJ - Brest 1:0 Qol: Neymar, 30. 

Marsel - Lill 2:1 Qollar: Sançes, 26, Jiqo, 61 0 İsmayili, 12.

9 sentyabr

Lans - Troya 1:0 Qol: Kevin Danso. 39..

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər