Liqa 1: "Olimpik Lion" evə xalsız döndü

Liqa 1: "Olimpik Lion" evə xalsız döndü

Fransa çempionatında 9-cu tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha yeddi görüş reallaşıb.

“Trua” - “Reyms” və “Oser” - “Brest” duelləri heç-heçə bitib.  “Ayaçço” evdə “Klermon”a uduzubsa, “Tuluza” “Monpelye”ni, “Loryan” isə “Lill”i məğlub yola salb. "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan “Nant” səfərdə “Monako”ya böyük hesabla məğlub olub. “Olimpik Lion” isə “Lans”la səfər qarşılaşmasında yenilgiyə üzülüb.

9 turdan sonra 25 xala malik PSJ turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Olimpik Marsel” 23 xalla ikinci, “Loryan” (22 xal) 3-cü, “Lans” (21 xal) 4-cü, “Monako” (17 xal) 5-cidir.

Liqa 1

9-cu tur

2 oktyabr

Loryan – Lill 2:1 Qollar: Diakite, 9-öz qapısına. Le Bris, 87 – David, 78.

Ayaçço – Klermon 1:3 Qollar: Avinel, 70 – Kyei, 11. Raşani, 89. Dossu, 90+1.

Oser – Brest 1:1 Qollar: Nyanq, 86-pen – Slimani, 64.

Tuluza – Monpelye 4:2 Qollar: Spirinqs, 18. Abuxlal, 24. Şaibi, 31. Dejaqer, 48 – Kotsa, 7. Vahi, 68.

Trua – Reyms 2:2 Qollar: Odobert, 51. Poroso, 90 – Baloqun, 13. İto, 54.

Monako – Nant 4:1 Qollar: Embolo, 2. Ben Yedder, 6; 28; 62 – Henrike, 79-öz qapısına.

Lans – Olimpik Lion 1:0 Qol: Sotoka, 82-pen.

1 oktyabr

Strasburq – Renn 1:3 Qollar: Diallo, 72-pen. - Kalimuendo, 38, Terrye, 49, Quiri, 61. 

PSJ - Nitsa 2:1 Qollar: Messi, 29, Mbappe, 83 - Lyabord, 47. 

30 sentyabr

Anje - Olimpik Marsel 0:3 Qollar: Klauss, 35. L.Suares, 50. Jerson, 59.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər