Liqa 1-in oyunu təxirə salındı

Liqa 1-in oyunu təxirə salındı

Futbol üzrə Fransa çempionatının 19-cu turunun “Klermon” – “Strasburq” matçı təxirə salınıb. 

Fanat.Az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Liqa 1-in rəsmi saytının yaydığı məlumata görə, matç ərəfəsində “Klermon”un ev oyunlarını keçirdiyi “Qabriel Monpye” stadionunda güclü duman müşahidə olunduğu üçün hakimlər qarşılaşmanın keçirilməməsinə qərar veriblər. Matçın nə vaxt baş tutacağına daha sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Klermon” – “Strasburq” matçı bu gün keçirilməli idi. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start verilməsi nəzərdə tutulmuşdu.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər