Libertadores Kubokunun oyunları təxirə salındı

Libertadores Kubokunun oyunları təxirə salındı
Koronavirus pandemiyası səbəbindən Libertadores Kubokunda da fasilə yaranacaq.
Fanat.Az xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu barədə bəyanat yayıb:
"Koronavirusun yayılma riskini nəzərə alaraq, nümayəndə heyətləri, hakimlər, rəsmilər, jurnalistlər və azarkeşlərin təhlükəsizliyini qorumaq məqsədi ilə Libertadores Kubokunda 15-21 mart tarixlərində keçiriləcək matçları təxirə salmaq qərarına gəldik".
 
Hazırda Libertadores Kubokunda qrup mərhələsi oynanılır.
Qeyd edək ki, mart ayının sonunda DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələ oyunları çərçivəsində keçirilməli olan matçlar da təxirə düşüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər