Robert Levandovski ölüm təhdidləri ilə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə polşalı hücumçunun dostu Tomek Zavislak "Bild"ə açıqlamasında bildirib.
"Robert müqaviləsini yeniləmək istəmədiyini dediyi üçün ona zərər vermək istəyirlər. Onun haqqında yayılan çoxlu yalanlar narahatedici reaksiyalara səbəb oldu. Xüsusilə, ailəsinə qarşı münasibət üzücüdür. Klubların duyğularla oynaması futbolun bir parçasıdır. Amma indiki dövrdə çox diqqətli olmalı və müəyyən həddi aşmamalısınız. Düzdür, heç bir oyunçu klubdan böyük deyil, amma eyni zamanda heç bir klub da insandan böyük deyil”.
Bu arada "Barselona"ya keçmək istəyən Levandovski boykotu dayandıraraq Almaniyaya dönüb. Ö, Bavariyadakı tətilindən sonra bazar ertəsi axşam Münhenə gəlib. Ancaq ulduz futbolçu həyat yoldaşı və qızlarını Almaniyaya aparmayıb. Almaniya mətbuatı bu addımın ölüm təhdidlərinə cavab olaraq atıldığını bildirib.
Mirağa