“Barselona”nın 34 yaşlı polşalı hücumçusu Robert Levandovski dünən “Real Sosyedad”la səfər matçında iki qol vurub.
Fanat.Az xəbər verir ki, bununla da ulduz hücumçu özünə ad günü hədiyyəsi edib. Belə ki, Levandovski 21 avqustda dünyaya gəlib. Ancaq o, vurduğu qolları mərhum atasına həsr edib. "Marka" "Barselona"nın hücumçusundan sitat təqdim edib:
“Mən təkcə qollara deyil, həm də qələbəyə görə şadam. Yeni komandamdakı dublu atama həsr edirəm. Çünki bilirəm o, məni göydən izləyir.
Meydanda bir-birimizi daha yaxşı başa düşməyə çalışırıq. Keçən hər oyun, hər həftə xeyrimizə işləyir. İndi daha yaxşı qarşılıqlı əlaqə qurmağa başlayırıq. Xavi matçdan sonra məni təbrik etdi. Çox xoşbəxt ad günü idi. Mən çox qürur duyuram”.
Levandovski yay transfer pəncərəsində “Bayern Münhen"dən “Barselona”ya keçib.
Mirağa