Polşa millisinin hücumçusu Robert Levandovski klubu "Bayern Münhen"lə müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Fanat.Az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu klubdan gedəcəyi bağlı şayələrə baxmayaraq karyerasını "rekordmayster"in heyətində davam etdirəcək.
Qeyd edək ki, o, ötən mövsüm "Bayern"in heyətində keçirdiyi 40 oyunda 48 qol vurub.
Emin Şəmsiyev