"Bavariya"nın ulduz futbolçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, polşalı futbolçunun meneceri Pini Zaxavi "Bavariya" ilə yeni müqavilə barədə müzakirə aparır. Lakin almanlar yeni sözləşmə üçün elə də tələsmirlər.
Tərəflər arasında razılıq əldə olunmasa, Levandovski yeni təkliflərə açıq olduğunu ictimaiyyətə elan edəcək. İddialara görə, onun İngiltərə Premyer Liqasında çıxış edəcəyi real görsənir.
Qeyd edək ki, Levandovskinin "Bavariya" ilə hazırki sözləşməsinin müddəti 2023-cü ilin yayına qədərdir.
Röya