Fransanın PSJ klubunun direktoru Leonardo Kilian Mbappenin "Real Madrid" klubuna mümkün keçidi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, idman jurnalisti Fabritsio Romano bu barədə öz "Twitter" səhifəsində məlumat yayıb.
Klub direktoru Mbappenin qarşısını almayacaqlarını söyləyib: "Mabeppe "Real"a keçmək istəyir və biz onun qarşısını almayacağıq. Futbolçu klubu tərk edə bilər amma bizim şərtlərimizə uyğun olaraq. Biz artıq "Real Madrid"in bir təklifini rədd etmişik. Bizim təqdim etdiyimiz şərtlərlə razılaşsalar transfer baş tutacaq".
Xatirladaq ki, dünən Kral Klubu futbolçunu transfer etmək üçün rəsmi olaraq 160 milyon avro təklif etmişdi. PSJ isə futbolçu üçün 200 milyon avro tələb edərək təklifi rədd etmişdi.
Emin Şəmsiyev