"Legiya"da üzücü xəbər

"Legiya"da üzücü xəbər

Mahir Emrelinin çıxış etdiyi Varşava "Legiya"sı üzücü xəbər alıb. Fanat.Az xəbər verir ki, bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya "Slaviya"sı ilə qarşılaşacaq Varşava klubunun əsas heyət üzvlərindən olan Bartoş Sliş zədələnərək, sıradan çıxıb. Həkimlər Praqadakı son məşqdə dizindən zədə alan yarımmüdafiəçinin axşamkı oyunda meydana çıxa bilməyəcəyi bildiriblər. Mahirin komanda yoldaşının son durumu Polşaya qayıtdıqdan sonra ediləcək diaqnostikadan sonra dəqiqləşəcək. Qeyd edək ki, "Slaviya" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər