"Legiya" Mahirə əvəzləyici tapdı

"Legiya" Mahirə əvəzləyici tapdı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin ayrılmağa can atdığı klubu "Legiya Varşava" görünür, onun yoxluğu ilə barışıb. 

Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, son Polşa çempionu hücumçu mövqeyinə rumıniyalı Deyan Soreskunu transfer edir. 

"Legiya" bu futbolçunu ötən yay sıralarına qatmaq istəyib, lakin Josip Juranoviçin varisini gözüylə baxdığı forvardın klubu "Dinamo Buxarest" ilə razılığa gələ bilməyib. Rumınlar futbolçu üçün 1,4 milyon avro tələb edib. 

Bugünlərdə “Legiya” 24 yaşlı futbolçu üçün qarşı tərəfə 700 min avroluq yeni təklif göndərib. "Dinamo" da qiyməti 1 milyon avroya endirib. Hələlik qiymətdə orta məxrəcə gəlinməsə də, "Eurosport" futbolçunun Polşaya gedəcəyini iddia edir.

Bu mövsüm Soresku Rumıniya liqasında on doqquz matçda iştirak edib. O, bu oyunlarda səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər