"İnter"in hücumçusu Lautaro Martines Avropa Liqasının yarımfinalında "Şaxtyor" üzərində qazandıqları 5:0 hesablı qələbəni şərh edib.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, forvard belə danışıb:
"İnanılmaz axşam idi. Bunu ancaq arzulamaq olardı. Çoxdan belə yaxşı oynamırdım. Yarımfinalda nəyə qadir olduğumuzu göstərdik. Vurduğum iki qol mənə çox şey verdi. Müəyyən zaman kəsiyində arzulanan formada olmasam da, hər şey yaxşıya doğru gedir. Komanda olaraq xarakter göstərməyimizi xüsusi vurğulamalıyam. Oyundan-oyuna daha yaxşı futbol sərgiləməyimiz, "artırmağımız" sevindirici məqamdı".
O, finalda üz-üzə gələcəkləri "Sevilya" haqda da bir neçə cümlə söyləyib:
"Sevilya" çox güclü komandadı. Arzuladığımız finala layiqincə hazırlaşmaq üçün dincəlməyə və bərpa olunmağa çalışacağıq. Məncə, psixoloji cəhətdən finala hazırıq. Baş mükafatı evə aparacağımıza ümid edirik".
Fanat.Az