"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "El Chiringuito" yayıb.
Xəbərə görə, "Barselona"nın prezidenti Joan Laporta Xavini məhz Peplə əvəzləmək istəyir. "Mançester Siti” ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq Qvardiolanın bu təklifə necə cavab verəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Qvardiola "Barselona"nın yetirməsidir. O, 1990-2001-ci illərdə futbolçu kimi əsas komandada çıxış edib.Sözügedən mütəxəssis 2008-2012-ci illərdə Kataloniya təmsilçisini çalışdırıb və "Barselona"ya iki dəfə Çempionlar Liqasında qələbə qazandırıb.
Nahid Məmmədov