Laporta Kumanın yerinə bu məşqçini gətirir

Laporta Kumanın yerinə bu məşqçini gətirir
"Barselona"nın yeni prezidenti Joan Laporta baş məşqçi Ronald Kumanın postunda qalmasını istəmir.
Fanat.Az "Cadena SER"ə istinadən xəbər verir ki, niderlandlıya inanmayan Laporta hazırda gələcək layihələrin bir parçası kimi gördüyü mütəxəssisləri nəzərdən keçirir.
"Laypsiq"in baş məşqçisi Yulian Nagelsmann köhnə-yeni başqanın əsas hədəfidir.
Qeyd edək ki, daha öncə Laportanın hazırda "Lion"da oynayan niderlandlı hücumçunun - Memfis Depayın transferinə qarşı çıxdığı barədə informasiyalar yayılmışdı. Depayın əvəzinə "Mançester Siti"dən Serxio Aqueronun alınmasını daha uyğun sayan prezidentin baş məşqçi ilə münasibətlərinin korlandığı bildirilmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər