"Barselona"nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumana vətəni Niderlandın telekanallarına müsahibə verməyi qadağan edib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı Niderland mətbuatına istinadən "Marca" qəzeti yayıb.
Mənbə Kumanın yaxın günlərdə HLF8 vasitəsiylə yayımlanan tok-şouya qatılmağa hazırlaşdığını və jurnalistlərlə vədələşdiyini, ancaq klub başqanının təkidi ilə təklifi geri çevirdiyini vurğulayıb.
Mümkün səbəb kimi mütəxəssisin jurnalist Barbara Barendlə söhbət zamanı Laporta ilə münasibətləri barədə müəyyən xırdalıqlara varması göstərilib.
Daha öncə Kumanın taleyinə qarşıdakı 3 matçdan sonra aydınlıq gələcəyi bəlli olmuşdu.
Nihat