Ötən gün İtaliya A Seriyasının 21-ci turu çərçivəsində "Yuventus" "Roma"nın qonağı olub və 4:3 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, matçın 32-ci dəqiqəsində Turin təmsilçisinin futbolçusu Federiko Kyeza zədələnərək meydanı tərk edib.
24 yaşlı cinah yarımmüdafiəçisinin vəziyyəti bəlli olub. Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, Federikonun zədəsi ciddidir. Ön çarpaz bağı sıradan çıxan futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
"Tuttosport"un məlumatına görə, Federiko bu mövsüm “Yuventus”a kömək edə bilməyək. İtaliya yığmasının DÇ-2022-nin finalına yüksələcəyi təqdirdə, milli futbolçu komandanın oyunlarında iştirak edə bilməyəcək.
Emin