Kyeza İngiltərə nəhənginə keçə bilər

Kyeza İngiltərə nəhənginə keçə bilər

"Yuventus"un hücumçusu Federiko Kyeza karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə "Barselona"nın da maraqlandığı 26 yaşlı futbolçunu "Liverpul"un istədiyini vurğulayıb. 

Daha öncə "Yuventus"un baş məşqçisi Tyaqo Motta Kyezanın onun gələcək planlarına daxil olmadığını açıqlayıb.

Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 37 matça çıxan Federiko 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kyezanın transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər