Kyellini azarkeşləri tənqid etdi

Kyellini azarkeşləri tənqid etdi

"Yuventus"un və İtaliya millisinin müdafiəçisi Corco Kyellini yığmanın qapıçısı Canluici Donnarummanın azarkeşlər tərəfindən fitə basılmasına münasibət  bildirib.

Fanat.Az xəbər verir ki, DAZN təcrübəli arxa xətt oyunçusunun söylədiklərini belə çatdırıb:

"Bu, mənim xoşuma gəlmədi. Hər birimizin seçim ixtiyarımız var. Əlbəttə, azarkeşlərin nə düşündüyünü də təxmin etmək çətin deyil. Amma fikrimcə, onun "Milan"ı PSJ-yə dəyişməsi belə, fitə basılmasını şərtləndirə bilməz".

Qeyd edək ki, Donnarumma İtaliya millisinin "San Siro"da İspaniyaya qarşı keçirdiyi matçda - UEFA Millətlər Liqasının yarımfinalında "Milan" azarkeşlərinin hədəfinə çevrilmişdi. Həmin görüşdə 2:1 hesablı qələbə qazanan ispanlar finala yüksəlmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər