Kuman Qrizmannın zəif çıxışından danışdı

Kuman Qrizmannın zəif çıxışından danışdı
"Barselona"nın baş məşqçisi Ronald Kuman Antuan Qrizmannın zəif çıxışından danışıb.
Fanat.Az xəbər verir ki, "Diario Sport" niderlandlı çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Qrizmannın əvvəlki formasına qayıtmasına nail olmalıyıq. Öz üzərində işləyir, məşqlərdə səylə çalışır. Oyunçu eniş yaşayırsa, hamımız dəstəyimizi əsirgəməməliyik. Özünəinamı qaytarmaq üçün dəstək çox vacibdir. Ancaq son nəticədə hər şey futbolçunun özündən asılıdır".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər