"Brayton"un müdafiəçisi Mark Kukurelya karyerasını harada davam etdirəcəyi ilə bağlı fikrini qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, ispan müdafiəçi "Mançester Siti"yə keçməkdə maraqlıdır. Mənbə sözügedən futbolçunun "Brayton" rəhbərliyi ilə planları barədə söhbət etdiyini və artıq klubların danışıqlara başladığını bildirib.
Qeyd edək ki, Kukurelya son mövsümdə "Brayton" forması ilə ümumilikdə 39 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat