Fransa Kubokunun finalını ilk dəfə qadın hakim idarə edəcək.
Fanat.Az xəbər verir ki, "Nant" və "Havr" arasında keçiriləcək həlledici qarşılaşma mayın 7-də baş tutacaq.
Frappar "Stad de Frans"da reallaşacaq görüşdən öncə də kişilərdən ibarət komandaların iştirakı ilə keçirilən finalda iş başında olub. O, 2019-cu ildə UEFA Superkubokunun finalında - "Liverpul" - "Çelsi" matçında ədaləti qoruyub. İstanbulda gerçəkləşən həmin duelin əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdığından qalibi oyunsonrası penaltilər müəyyənləşdirib. Qələbə qazanan tərəf "qırmızılar" olub - 5:4.
Nihat