Kuarejma bu hərəkətinə görə cəzalandı - VİDEO

Kuarejma bu hərəkətinə görə cəzalandı - VİDEO

Karyerasını ölkəsində davam etdirən Rikardu Kuarejma Portuqaliya Liqasının son turunda maraqlı davranışı ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, “Vitoria Gimarayeş” komandasında çıxış edən 38 yaşlı yarımmüdafiəçi yerə uzanaraq vaxtı uzadan rəqib oyunçunu qucağına alaraq meydandan kənarlaşdırmağa çalışıb.

"Beşiktaş"ın sabiq ulduzu "Belenenses"lə matçda 0:1 uduzduqları üçün rəqibin vaxtı uzatmasına əsəbləşərək bu addımı atıb. Afonso Sousanı qucağına alaraq meydandan çıxarmağa çalışan Kuarejmanın hərəkəti hakim tərəfindən sarı vərəqə ilə qiymətləndirilib.

Təcrübəli futbolçunun və komanda yoldaşlarının səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və beləliklə, "Belenenses" "Vitoriya Gimaraes"i məğlub etməyi bacarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər