Krivotsyukun komandasından çətin qələbə

Krivotsyukun komandasından çətin qələbə

Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Seul”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda çətin qələbəyə sevinib - 3:2.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Daejeon” hazırda 11 xalla 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər