Krivotsyukun komandası autsayderlə bacarmadı

Krivotsyukun komandası autsayderlə bacarmadı

Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla Plotsk" Polşa Ekstraklassasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 23 yaşlı müdafiəçinin komandası səfərdə autsayder "Qurnik"lə üz-üzə gəlib. 

Əvvəlki 6 turda qələbə qazana bilməyən Lençna təmsilçisi ilk 3 xal sevincini məhz "Visla" ilə görüşdə yaşayıb. Oyunun gedişində 2:0 önə keçməsinə baxmayaraq, sonda qələbəni əldən verən Plotsk təmsilçisi səfərdən əliboş dönüb - 2:3. 

Anton bu görüşdə start heyətində meydana çıxıb və matçı əvəzedilmədən keçirib. Millimizin üzvü 72-ci dəqiqədə sarı vərəqə ilə yadda qalıb.  7 oyunda cəmi 7 xal toplayan "Visla" hazırda 13-cü yerdə qərarlaşıb.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər