Krivotsyukun komandası 1/8 finala yüksəldi

Krivotsyukun komandası 1/8 finala yüksəldi

Futbol üzrə Cənubi Koreya kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Geoje” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 4:1. Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon” ölkə kubokunun 1/8 finalında “Jeju Yunayted”lə qarşılaşacaq. Qarşılaşma mayın 24-də rəqib meydanında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər