Veteran futbolçu Rio Ferdinand Kriştianu Ronaldunun "Mançester Yunayted"dən ayrılmaq istəyini şərh edib.
Fanat.Az xəbər verir ki, 43 yaşlı keçmiş müdafiəçi bu barədə öz "Youtube" kanalında danışıb:
“Əlbəttə ki, o, razı deyil! Bu Kriştianu Ronaldudur! Başa düşə bilmirəm ki, onun “Mançester Yunayted”dəki vəziyyətdən narazı olması haqda niyə bu qədər danışılır. O, razı ola bilməz, mən də olmazdım.
Əgər insan qalib gəlmək istəyirsə, birinci yerlər uğrunda mübarizəyə öyrəşibsə və birdən-birə bu imkanları itirirərək Çempionlar Liqasına düşmürsə, onun xoşbəxt olmayacağı bəllidir.
O, Avropa Liqasının himninin necə səsləndiyini belə bilmir! Oynamağa başlayanda Kriştianu düşünəcək ki, bu nə diskotekadır belə?".
Xatırladaq ki, "Mançester Yunayted" ötən mövsüm İngiltərə Premyer Liqasında 6-cı yeri tutaraq ÇL-də oynamaq imkanını itirib. Bu səbəbdən portuqaliyalı ulduz Kriştianu Ronaldu "qırmızı şeytanlar"ı tərk etmək istəyir.
Emin