Kristian Eriksenə İngiltərədən yeni təklif var

Kristian Eriksenə İngiltərədən yeni təklif var

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen yeni təklif alıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.

Xəbərə görə, son mövsümün ikinci yarısını "Brentford"da keçirən skandinaviyalı futbolçunun xidmətində "Lester Siti" maraqlıdır. Hazırda azad agent statusu daşıyan Eriksenin bu təklifi dəyərləndirmək ehtimalının az olmadığı bildirilib.

Son mövsümdə "Brentford" forması ilə İngiltərə Premyer Liqasında 11 oyun keçirən 30 yaşlı Kristian 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər