Kristian Eriksen əməliyyat olundu

Kristian Eriksen əməliyyat olundu
Danimarka millisinin və "İnter"in yarımmüdafiəçisi Kristian Eriksenin əməliyyatı başa çatıb. 
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 
Nəşrin verdiyi xəbərə görə, futbolçunun ürək əməliyyatı uğurla başa çatıb. 29 yaşlı futbolçuya kardioverter-defibrillyator (İCD) cihazı qoyulub. Bu cihaz nizamsız ürək ritmini tənzimlənməsinə kömək edir.
Qeyd edək ki, Kristian Eriksen Danimarkanın AVRO-2020-nin qrup oyunları çərçivəsində Finlandiya (0:1) ilə görüşündə huşunu itirib. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər