"Krasnodar" səhəri istefa qərarı ilə açdı

"Krasnodar" səhəri istefa qərarı ilə açdı

Rusiyanın "Krasnodar" klubu baş məşqçi Viktor Qonçarenko və köməkçiləri Vasili Berezutski ilə Aleksandr Ermakoviç ilə bağlı qərarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, hər üçünün müqaviləsinə xitam verilib. 

Məlumatı klubun rəsmi saytı yayıb. 

Qonçarenko 6 aprel 2021-ci ildən "Krasnodar"da işə balşayıb. Komanda onun rəhbərliyi altında ötən mövsüm Rusiya çempionatında 10-cu yeri tutub.

Hazırda isə "Krasnodar" 18 turdan sonra RPL cədvəlində 5-ci yerdədir. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər