Koronavirus dönəmində Koronaya 6 klub elçi düşdü

Koronavirus dönəmində Koronaya 6 klub elçi düşdü
"Portu”nun meksikalı hücumçusu Xesus Korona Avropanın daha güclü çempionatlarını təmsil edən 6 klubun maraq dairəsinə düşüb.
Fanat.Az "A Bola”ya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu A Seriyası klublarından Milan "İnter”i ilə"Roma”nın, La Liqadan "Valensiya” ilə "Sevilya”nın, İngiltərə Premyer Liqasından "Everton” və "Vest Hem”in hədəfindədi. 
Adları sadalanan klublar koronavirus pandemiyası üzündən yaranan durğunluq aradan qaldırılandan sonra Korona uğrunda mübarizəyə qoşulacaq.
"Portu” Xesusu 50 milyon avroya satmağa hazırdı. Portuqaliya klubunun məbləğ  məsələsində güzəşt etməyə hazırlaşmadığı da dəqiqdi.  
"Tvente”dən 10,5 milyon avroya alınan Koronanın Portuqaliya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq. O, bu mövsüm çıxdığı 24 çempionat matçında 2 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər