İngiltərə Futbol Assosiasiyası "Tottenhem" və "Çelsi"nin baş məşqçiləri - Antonio Konte və Tomas Tuxellə bağlı qərarı verib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2-ci turunda sözügedən komandalar arasında 2:2 hesabı ilə başa çatan görüşün final fitindən sonra baş məşqçilər bir-birinin əlini sıxıblar. Alman çalışdırıcı həmkarının əlini buraxmayıb və bu, italyan məşqçinin xoşuna gəlməyib. Konte bir neçə dəfə qışqıraraq "nə istəyirsən", Tuxel isə ona "gözümün içinə bax" deyib.
İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş verən qarşıdurma səbəbindən Tuxel 35 min funt-sterlinq məbləğində cərimələnib və bir oyunluq cəzalandırılıb. Konte isə 15 min funt-sterlinq ödəməli olacaq.