Konfrans Liqası: Həftənin futbolçusu adına namizədlər

Konfrans Liqası: Həftənin futbolçusu adına namizədlər

UEFA Konfrans Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, bu ada Fransa "Renn"indən Qaetan Labord, Niderland "Feyenoord"undan Siril Dessers, İtaliyanın "Roma" klubundan Nikolo Zanolo və İsveçrə "Bazel"indən Pajtim Kasami iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər