Portuqaliya liqa kubokunda qrup mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra” öz meydanında qrup lideri "Braqa” ilə qarşılaşıb. Oyun qonaqarın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə salınmayıb. "Braqa” qrup lideri kimi yarımfinala yüksəlib. "Pasuş de Ferreyra” isə 4 xalla ikinci olub və mübarizəni dayandırıb.
Fanat.Az