"Komandanın yarısı meydanda yarım canla oynayır" - Ədəhim Niftəliyev

"Komandanın yarısı meydanda yarım canla oynayır" - Ədəhim Niftəliyev

Birinci Liqanın 10-cu turunda "Mingəçevir" səfərdə "Qaradağ Lökbatan" ilə qarşılaşıb. Görüş qonaq komandanın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.   "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb böyük hesabla uduzduqları oyun barədə fikirlərini öyrəndik.

Niftəliyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun günü səfərə gəlməyimiz bizi yorur. Uzaq yol və hava şəraiti, eyni zamanda nəqliyyat problemləri məğlubiyyətə təsir edən amillərdir. "Mingəçevir"də meydanın örtüyü təbiidir. Halbuki, biz qayıdıb sintetik yerdə oynayırıq, məşq edirik. Zədəli oyunçularımız çoxdur. Yarısı kənarda müalicə alır, yarısı da meydanda yarım canla oynayır. Bizim klubda problemlər çoxdur. Fizioterapevt yoxdur. Hər oyunda bu bu şərtlər altında mübarizə aparırıq. Məğlub olmağımızın səbəbləri budur".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər