İngiltərənin “Tottenhem” klubunun futbolçusu Son Xın Min Cənubi Koreya yığmasının düşərgəsində yaşanan insident nəticəsində xəsarət alıb.
Fanat.Az “The Sun” nəşrinə istinadən xəbər verir ki, komanda yoldaşları ilə əlbəyaxa olan kapitanın barmağı çıxıb.
Belə ki, millinin bəzi oyunçuları stolüstü tennis oynamaq üçün şam yeməyini tez bitiriblər. Bundan narazı qalan kapitan isə onların geri qayıtmalarını tələb edib. Nəticədə mübahisə yaranıb və futbolçular bir-birlərinə fiziki təzyiq göstəriblər.
Qeyd edək ki, Cənubi Koreya yığması Asiya Kubokunun yarımfinalında İordaniyaya uduzaraq çempionluq şansını itirib.