Komadan ayılan Ferqyussonun ilk sözləri

Komadan ayılan Ferqyussonun ilk sözləri
Bir neçə gün öncə beyin qanaması keçirən və ardından komaya düşən məşhur məşqçi Aleks Ferqyusson ayılıb və ilk sualı futbola aid olub. 
 
Fanat.Az xəbər verir ki, 76 yaşlı mütəxəssis komandan ayılan kimi oğlunun çalışdırdığı "Donkaster Rovers"in son nəticəsini soruşub. 
 
Salford xəstəxanasında müalicəsini davam etdirən Ferqyussonun durumunun yaxşıya doğru getdiyi bildirilir. Xəbərlərdə "Mançester Yunayted"in sabiq baş məşqçisinin Kiyevdə keçiriləcək Çempionlar Liqası finalını izləməyə getmək istəməsi, amma tam sağalana qədər bunun mümkün olmadığı qeyd edilib. 
 
Onun oğlu Darren Ferqyussonun çalışdırdığı "Donkaster Rovers" sonuncu turda "Viqan"la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Ancaq o atasının vəziyyətinə görə meydana komandanın başında çıxmamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər