Kolumbiyanın ulduzu ilk turu buraxa bilər

Kolumbiyanın ulduzu ilk turu buraxa bilər

DÇ-2018-in qrup mərhələsinin ilk turunda Yaponiya ilə üz-üzə gələcək Kolumbiya oyuna ciddi itki ilə çıxa bilər.

 

Fanat.Az-ın məlumatına görə, yarımmüdafiəçi Xames Rodriges zədələnib. Ulduz orta xətt oyunçusu şərəfini qoruduğu yığmanın son açıq məşqində gözə dəyməyib. Kazanda baş tutan, 500-ə yaxın azarkeşin izlədiyi çalışmalara müdafiəçi Vilmar Barrios da qatılmayıb. Bu isə o deməkdir ki, sözügedən futbolçuların Yaponiya ilə matçda oynaması sual altındadı.

 

Kolumbiya – Yaponiya duelinin iyunun 19-da keçiriləcəyini vurğulayaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər