Kolumbiya millisinin üzvü Luis Muriel "Sevilya”dan gedib.
Fanat.Az xəbər verir ki, hücumçu icarə əsasında "Fiorentina”da top qovacaq.
Cənubi amerikalı mövsümün sonunadək İtaliya klubunun uğurları üçün çalışacaq. Əvvəllər də Apennin yarımadasında çıxış edən 27 yaşlı forvard "Udineze”, "Leççe” və "Sampdoriya”da oynayıb.
Qeyd edək ki, kolumbiyalı "Sevilya”da keçirdiyi 35 oyunda 8 qol vurub.
Fanat.Az