Kokorinlə Mamayev həbs olunacaq - SON DURUM

Kokorinlə Mamayev həbs olunacaq - SON DURUM

"Zenit”in forvardı Aleksandr Kokorin və "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev həbs olunacaq.

 

Fanat.Az xəbər verir ki, bunu ictimai xadim Pavel Pyatnitski "tvitter”dəki hesabında yazıb. Pyatnitski müxtəlif vaxtlarda qruplaşma yaradaraq bir neçə adamı döymüş və son olaraq Moskvadakı kafelərin birində dava-dalaş salmış futbolçuların dəmir barmaqlıqlar arasına salınacağını belə bəyan edib:

 

"Böyük əminliklə deyirəm ki, Mamayev və Kokorin həbs ediləcək. Bu dəqiqəyə qədər istintaqdan yayınmağı bacarsalar da, dindirmələrin nəticələri bəllidi. Hər şey sübuta yetirilib”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər